Gəncədə zəncirvari qəza oldu
- 23.02.2026, 14:26,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Gəncədə zəncirvari yol qəzası baş verib.
Telexeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə saat 13 radələrində şəhərin Nizami prospektində qeydə alınıb.
Evakuator tipli avtomobil iki “Mercedes” markalı avtomobilə çırpılıb.
Zərbənin təsirindən minik avtomobillərindən biri yoldan çıxaraq işıq dirəyinə çırpılıb.
Qəza yerinə yol polisi əməkdaşları cəlb olunub. Araşdırma aparılır.