Zəncirvari qəza oldu - Ölən və yaralananlar var
- 28.02.2026, 12:03,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

İsmayıllıda zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.
Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun "Şirin su" adlanan ərazisində qeydə alınıb.
Belə ki, qəza zamanı "Ford", "Hyundai" və VAZ-2111 markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, bir neçə nəfər isə ağır bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.

