Bakıda oğurluq edən şəxs saxlanıldı
- 07.03.2026, 12:17,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Xətai rayonunda qohumunun 28 min manatını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Telexeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin bacısı qızı N.Nəzərova müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin həmin maddi vəsaiti xalasının mənzilində yaşadığı müddətdə hissə-hissə taladığı məlum olub.
Araşdırma davam etdirilir.