Dələduzluq edən qadın saxlanıldı

Ağsuda vətəndaşları aldadaraq onlayn yolla onların pulunu ələ keçirməkdə şübhəli bilinən 31 yaşlı Xəyalə Kərimova saxlanılıb.

Telexeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayı.

Bildirilib ki, o, zərərçəkmişlərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib və əvvəlcədən ödəniş etmələri müqabilində həmin şəxsləri sosial müavinət, eləcə də güzəştli mənzillə təmin edəcəyinə dair yalan vədlər verib. Bu üsulla X.Kərimova 8 min manatdan artıq pul əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Популярный ролик