Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
- 13.03.2026, 16:49,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

İş adamı Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Telexeber.az Report-a istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanın təqdimatına baxılıb.
Təqdimat təmin edilib və Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.
Qeyd edək ki, Adnan Əhmədzadə ötən il sentyabrda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.