Abşeronda ağır qəza - Ölən var
- 20.03.2026, 10:21,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Abşeronda motosiklet yük avtomobilinə çırpılıb.
Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində, Heydər Əliyev prospekti ərazisində qeydə alınıb.
Motosiklet idarə edən 1994-cü il təvəllüdlü Hüseynov Ramin Nurəddin oğlu hərəkətdə olarkən yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.