Azərbaycanlı gənc Amerikada itkin düşüb - FOTO
- 23.03.2026, 11:06,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı gənc itkin düşüb.
Telexeber.az xəbər verir ki, bu barədə gəncin yaxınları sosial şəbəkələrdə məlumat yayıb.
Bayramzadə Ömər Yaşar oğlu 3 həftə əvvəl Kolumbus şəhərindəki evdən çıxıb. Bu günə qədər Ömərdən xəbər yoxdur.
Hazırda onun axtarışları hüquq-mühafizə orqanları tərəfindən aparılır. Yaxınları gənci görənlərdən ABŞ-də aktiv olan 612 972 2860 nömrəsinə məlumat vermələrini xahiş edirlər.