Su basmış ərazidən 84 nəfər təxliyə edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.

Bu barədə Telexeber.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görülmüş tədbirlər nəticəsində 20-si azyaşlı olmaqla ümumilikdə 84 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda FHN-in qüvvələri tərəfindən bu istiqamətdə işlər davam etdirilir.
Популярный ролик