Ucarda ağır qəza oldu - Xəsarət alan var
- 30.03.2026, 15:19,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Ucarda yol qəzası olub, xəsarət alan var.
Telexeber.az Apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Şahlıq kəndindən keçən hissəsində qeydə alınıb.
“BMW” markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə 1 nəfər xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.
Fakt araşdırılır.