İsmayıllıda ağır qəza oldu - Ölənlər var
- 31.03.2026, 10:59,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

İsmayıllı rayonunda ağır avtoqəza olub.
Telexeber.az Report-a istinadən xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində Nicat Əsgərovun idarə etdiyi "VAZ-2115" markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı körpə (qız) hadisə yerində ölüblər.
Həmçinin, avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan xəsarət alıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.