Gəncədə ağır qəza oldu - Ölən var

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Telexeber.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, "Chevrolet" və VAZ markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1953-cü il təvəllüdlü Mütəllim Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
Популярный ролик