Şəmkirdə məktəbdə yanğın oldu
- 18.04.2026, 11:53,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Şəmkirdə yanğın olub.
Telexeber.az Apa-ya istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov adına ikimərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə qeydə alınıb.
Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində məktəbin 7 ədəd kompüteri yanıb.
Xəsarət alan olmayıb. Araşdırma aparılır.