Gənc oğlan işlədiyi bağda öldü
- 09.05.2026, 10:43,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Tərtər rayonunda gənc oğlan tənəffüs çatışmazlığından vəfat edib.
Telexeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə mayın 7-si saat 16 radələrində Tərtər şəhərinin ərazisində yerləşən bağda baş verib.
Orada işləyən Yevlax rayon sakini 2001-ci il təvəllüdlü Dünyamin Ayaz oğlu Hümbətov astma bronxit xəstəliyindən ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.