Motosiklet piyada keçidinə çırpıldı - Sürücü öldü
- 11.05.2026, 12:10,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda motosiklet yerüstü piyada keçidinə çırpılması nəticəsində sürücü ölüb.
Telexeber.az xəbər verit ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, mayın 10-u saat 06:05 radələrində paytaxtın Xətai rayonu ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.
Belə ki, 8 Noyabr prospektində hərəkətdə olan 99 M 279 nömrəli motosiklet yoldan çıxaraq yerüstü piyada keçidinin dayaq konstruksiyasına çırpılıb.
Yüksək sürət səbəbindən baş verməsi ehtimal olunan ağır yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər sakini, 26 yaşlı Raul İsgəndərov hadisə yerində ölüb.. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.