Azov dənizində heyətində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə edilən dron hücumunda yaralanan azərbaycanlılar AzTV-yə açıqlamalar veriblər.
Telexeber.az xəbər verir ki, hücum nəticəsində ümumilikdə 5 Azərbaycan vətəndaşı həlak olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda Yeysk şəhər xəstəxanasında müalicələri davam edən azərbaycanlılar baş verən hadisənin təfərrüatlarını danışıb, vəziyyətləri ilə bağlı son məlumatları bölüşüblər.