Avtomobil 34 yaşlı kişini vuraraq öldürdü
- 23.06.2026, 13:46,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Telexeber.az Apa-ya istiandən xəbər verir ki, hadisə ötən gecə rayonun Atuc kəndi ərazisində qeydə alınıb. Avtomobil Yeni Güləzi kənd sakini, 34 yaşlı Bəhruz Alimovu vurub.
TƏBİB-dən bildirilib ki, 22 iyun saat 23:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Quba rayonu, Yeni Güləzi yolu istiqamətindən çağırış daxil olub. Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadası tərəfindən 1992-ci il təvəllüdlü şəxsin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.