Göygöldə yaşlı qadın meyiti tapıldı

Göygöl rayonunda 86 yaşlı qadının meyiti tapılıb.

Telexeber.az Apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Şəhriyar kəndində baş verib.

Məlumata görə, kənd sakini 1940-cı il təvəllüdlü qadının üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisində tapılıb.

Faktla bağlı araşdırma aparılır.
Популярный ролик