Xəbər verdiyimiz kimi, dünən aeropot yolunda 5 nəfərin ölməsi, 20-dən çox insanın yaralanmasına səbəb olan dəhşətli qəza baş verib.
Telexeber.az xəbər verir ki, qəzanın baş vermə anları müşahidə kameralarında əks olunub.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Qəzaya səbəb isə 19 yaşlı sürücünün yuxulu olması olub.