Avtobusun altına düşən qadın faciəvi şəkildə öldü
- 21.01.2022, 10:39,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolda quraşdırılan dəmir səddin üzərindən keçmək istəyən qadın Bakı-Mingəçevir marşrutu üzrə işləyən iri tutumlu avtobusun altına düşərək hadisə yerində ölüb. Onun şəxsiyyəti aydınlaşdırılır.
Faktla bağlı araşdırma aparılır.