Avtomobil oğurlayan paytaxt sakini saxlanıldı
- 11.04.2020, 09:07,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub.
Telexeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də T.Mikayılovun “Mercedes” markalı avtomobilini qaçırmaqda, “Renault” və “Mercedes” markalı 2 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Həsənov saxlanılıb.