Naxçıvanda taksi ilə toqquşan avtomobil aşdı - FOTO
- 09.03.2023, 09:00,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Nizami küçəsində qeydə alınıb.
71-BD-066 dövlət nömrə nişanlı “KIA Cerato” markalı avtomobil 68-TA-085 dövlət nömrə nişanlı taksi ilə toqquşub.
Qəza nəticəsində “KIA” markalı avtomobil aşıb.
Həmin nəqliyyat vasitəsinin sürücüsü, 1997-ci il təvəllüdlü Naxçıvan şəhər sakini İsmayıl Əliyev xəstəxanaya yerləşdirilib, vəziyyəti sabitdir.
Faktla bağlı araşdırma aparılır.
