Millimiz Ermənistanı darmadağın etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsində Ermənistan millisi ilə üz-üzə gəlib.
Telexeber.az xəbər verir ki, yığma ilk matçında qələbə qazanıb. Komandamız rəqibini 21:9 hesabı ilə üstələyib.
Qeyd edək ki, Azərbaycan millisi bu gün Kosovo və Kiprlə də üz-üzə gələcək. Qadınlardan ibarət yığma isə Malta və Lüksemburqu sınağa çəkəcək.