Ronaldodan çağırış
Facebook
Вконтакте
Одноклассники
Google+

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo insanları koronavirus səbəbindən evlərini tərk etməməyə çağırıb.
Telexeber.az xəbər verir ki, portuqaliyalı hücumçu bu barədə özünün "İnstaqram" səhifəsində yazıb:
"Bu çətin zamanlarda sağlığımız, ailəmiz və sevdiklərimiz üçün minnətdar olaq. Evdə qalın və bizim həyatımızı xilas etmək üçün çalışan səhiyyənin bütün işçilərinə kömək edin".