Bu gün Almaniya derbisi var
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu gün Almaniya Bundesliqasında XII turun mərkəzi görüşü keçiriləcək.
Telexeber.az xəbər verir ki, prinsipial oyunda “Borussiya” (Dortmund) və “Bavariya” komandaları üz-üzə gələcək. Derbi Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Qonaqlar 29 xalla turnir cədvəlinə başçılıq edir. Ev sahibi komanda isə 19 xalla 5-ci pillədə qərarlaşıb.
Komandalar indiyədək bütün turnirlər daxil olmaqla 135 dəfə qarşılaşıblar. Bu matçların 69-da “Bavariya” qalib gəlib. “Borussiya” isə 35 oyunda sevinən tərəf olub. Otuz bir oyun isə heç-heçə ilə yekunlaşıb.