Azərbaycan komandası Avropa Kubokunda qızıl medal qazandı

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda qızıl medal qazanıb.

Telexeber.az-ın məlumatına görə, Yelizaveta Luzan, Ləman Əlimuradova, Kamilla Əliyeva, Darya Sorokina və Sofiya Məmmədovadan ibarət kollektiv 3 top və 2 halqa ilə proqramda birinci olub.

Bədii gimnastların çıxışı 24,700 balla qiymətləndirilib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan Avropa Kuboku mayın 4-də başa çatacaq.
Популярный ролик