Ərdoğan hamının önündə soruşdu - Ulduz futbolçu “Qalatasaray”dan gedirmi?
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qalatasaray” klubunun futbolçularını və texniki heyətini qəbul edib.
Telexeber.az xəbər verir ki, Ərdoğan futbolçuları və texniki heyəti çempion olmaları münasibəti ilə təbrik edib. “Qalatasaray” klubunun prezidenti Dursun Özbek, futbolçular və texniki heyətlə əl sıxan Ərdoğana Barış Alper Yılmazın 53 nömrəli forması hədiyyə edilib. Bu zaman Ərdoğan Barış barədə, “O gedirmi?” deyə soruşub. Prezident Özbək isə suala "Yox, yox, buradadır. Hara gedir?" - deyə cavab verib.
Qeyd edək ki, Barış Alper Yılmazla bir sıra klubların maraqlandığı və “Qalatasaray”ın futbolçu üçün 40 milyon avro tələb etdiyi barədə xəbərlər dərc edilmişdi.