Osimhen transferi tamamlandı - İmza atmağa getdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Viktor Osimhen "Qalatasaray"la müqavilə bağlamaq üzədir.
Telexeber.az xəbər verir ki, futbolçu müqavilə baglamaq üçün İstanbula gedib. Məlumata görə, "Qalatasaray" həm “Napoli”, həm də futbolçu ilə razılıq əldə edib.
Qeyd edək ki, bundan əvvəl "Qalatasaray"ın “Napoli” ilə 75 milyon avroya razılığa gəldiyi bsarədə xəbərlər dərc edilmişdi. İddialara görə, “Qalatasaray" “Napoli”yə 40 milyon avro ilkin ödəniş verəcək. 35 milyon avro növbəti ildə ödəniləcək. Müqavilədə 5 milyon avroluq bonuslar da yer alıb. Ötən mövsüm icarə əsasında "Qalatasaray"da çıxış edən Viktor Osimhen 41 matçda iştirak edib. Futbolçu bu matçlarda 37 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.