Azərbaycan klubu nigeriyalı futbolçunu transfer etdi

"Karvan" klubu yeni transferini açıqlayıb.
Telexeber.az Yevlax təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi Qavi Tompsonla 1 illik müqavilə imzalanıb.

25 yaşlı futbolçu son olaraq ölkəsinin “Sportinq Lagos” klubunda forma geyinib. Qavi Nigeriyanın U-17 və U-20 millilərinin şərəfini qoruyub.

Qeyd edək ki, nigeriyalı yarımmüdafiəçi karyerası ərzində 139 oyun keçirib, 12 qol və 14 məhsuldar ötürmə müəllifi olub.
Популярный ролик