Cüdoçumuz bürünc medal qazandı
Facebook
Вконтакте
Одноклассники
Google+

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turniri başa çatıb.
Telexeber.az xəbər verir ki, milli komandamız Dünya Cüdo Turuna daxil olan yarışda bir medal qazanıb.
Son yarış günündə +100 kq çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri bürünc mükafata yiyələnib. Cüdoçumuz həlledici görüşdə Niderland təmsilçisi Yur Spaykersi ipponla məğlub edərək fəxri kürsüyə yüksəlib.