İdmançımız Roma Açıq Avropa turnirində bürünc medal qazandı
Facebook
Вконтакте
Одноклассники
Google+

İtaliyanın paytaxtı Roma şəhərində keçirilən cüdo üzrə Açıq Avropa turnirinin ilk yarış günündə 3 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxıb.
Azərbaycan Cüdo Federasiyasından Telexeber.az-a bildirilib ki, cüdoçumuz Kənan İsmayılov (-60 kq) yarışı 3-cü yerdə başa vurub. O, bürünc medal uğrunda görüşdə niderlandlı idmançı Emiel Carinqə qalib gəlib.
Digər bir cüdoçumuz İbrahim Əliyev (-73 kq) isə yarışı 7-ci yerdə tamamlayıb.