Azərbaycan millisi beynəlxalq turnirdə ikinci yerə çıxdı
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanın basketbol üzrə yeniyetmə qızlardan və oğlanlardan ibarət komandaları Belarusun paytaxtı Minskdə keçirilən Vladimir Rıjenkov adına XXVIII beynəlxalq turnirdə çıxışlarını başa vurublar.
Telexeber.az xəbər verir ki, qızlardan ibarət U-16 millisi ikinci, oğlanlardan ibarət komanda isə dördüncü olub.
Bundan əlavə, 3 basketbolçumuz - Leyla Allahverdiyeva, Polina Şukina və Faiq Kərimov xüsusi nominasiyalarda mükafatlandırılıblar.