"Çelsi" onları komandada saxladı
Facebook
Вконтакте
Одноклассники
Google+

"Çelsi" hücumçusu Olivye Jiru və qapıçı Villi Kabalyero ilə yeni müqavilə imzalayıb.
Telexeber.az xəbər verir ki, hər iki oyunçu ilə bu yay başa çatacaq müqavilənin müddəti 2020/2021 mövsümünün sonuna kimi uzadılıb.
Qeyd edək ki, 33 yaşlı Jiru 2018-ci ildə "Arsenal"dan "Çelsi"yə transfer olunub. O, indiyə kimi 76 matçda 21 qol vurub. 38 yaşlı Kabalyero isə 2017-ci ildə "Mançester Siti"dən London təmsilçisinə keçib.
(qol.az)