Azərbaycan millisi finala vəsiqə qazandı
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa Kubokunun seçmə mərhələsində final oyununa çıxıb.
Telexeber.az xəbər verir ki, komanda həlledici görüşdə İrlandiya ilə üz-üzə gəlib.
Matç yığmanın 21:20 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da, Azərbaycan millisi Avropa Kubokunun final mərhələsinə yüksəlib.
Turnirin final mərhələsi 11-13 sentyabr tarixlərində Belçikanın Antverpen şəhərində keçiriləcək.