İkardi "Qalatasaray"la ipləri qoparır
Facebook
Вконтакте
Одноклассники
Google+

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi yeni mövsümü başqa komandada keçirə bilər. 32 yaşlı hücumçu İstanbul klubu ilə ipləri qoparmaq üzrədir.
Telexeber.az xəbər verir ki, bu barədə Türkiyənin TRT-1 televiziyası məlumat yayıb. Nüfuzlu telekanal təcrübəli qolçunun sarı-qırmızılı klubla razılığa gələ bilmədiyini açıqlayıb.
"İkardi onunla ən azı iki illik müqavilə bağlanmasını tələb edir. "Qalatasaray" isə kapitana bir illik müqavilə təklif edir. Tərəflər muqavilə şərtlərində heç cür razılığa gələ bilmirlər", - telekanalın yaydığı məlumatda belə deyilir.
TRT-nin xəbərinə görə, Mauro İkardi İstanbul təmsilçisindən oynaması üçün zəmanət tələb edir. "Qalatasaray" rəhbərliyi isə bunu qeyri-peşəkarlıq hesab edərək, kapitanla yollarını ayırmağa hazırlaşır.