"Neftçi"nin rəqibi bəlli oldu - Erməni futbolçu Bakıya gələ bilər

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"yə rəqib olacaq komandanın adına aydınlıq gəlib.

Telexeber.az Sportnet.az-a istinadən xəbər verir ki, bu, Belarus təmsilçisi "Dinamo-Minsk"dir.

I təsnifat mərhələsində mübarizədən kənarlaşdırıb. İki kollektiv arasındakı hər iki görüşdə 1:0 hesablı qələbə qeydə alındığından, penaltilər seriyasına müraciət olunub. Nəticədə "Dinamo-Minsk" 6:5 hesablı qələbə ilə mərhələ adlayıb.


İlk oyun iyulun 23-də Bakıda, cavab görüşü iyulun 30-da Bolqarıstanın Baroe şəhərində keçiriləcək.

Xatırladaq ki, UEFA-nın qərarı ilə Belarus klubları rəqiblərini öz ölkələrində qəbul edə bilmirlər.

Qeyd edək ki, "Dinamo-Minsk"in 10 nömrəli 22 yaşlı hücumçusu Karen Vardanyan erməni əsillidir.
Популярный ролик