Azərbaycan - Malta oyununun hakimləri müəyyənləşib
Facebook
Вконтакте
Одноклассники
Google+

Qadınlardan ibarət Azərbaycan milli komandasının evdə Malta ilə keçirəcəyi dünya çempionatının seçmə oyunu üçün təyinatlar bəlli olub.
AFFA-dan Telexeber.az-a verilən məlumata görə, ASK Arena"da keçiriləcək qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Reka Molnara, Katalin Török və Noemi Hegedus-Barat yan xətt, Reka Boqnar isə dördüncü hakim qismində yardımçı olacaq.
Qeyd edək ki, matç oktyabrın 26-da 18:00-da başlanacaq.