Nazir müavini dərman qıtlığının səbəblərini açıqladı
- 06.07.2023, 13:48,
- Səhiyyə
Facebook
Вконтакте
Одноклассники
Google+
“Dərman qıtlığının əsas səbəblərindən biri beynəlxalq bazarda baş verən qeyri-stabillikdir”.
Telexeber.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin II oxunuşda müzakirəsində deyib.
Nazir müavini bildirib ki, bəzən istehsalçılar öz öhdəliklərini qismən və ya ümumiyyətlə icra etmir: “Bundan başqa, qüvvədə olan tənzimlənməyə dair qanunvericiliyin günün tələblərinə cavab verməməsi də əsas amillərdəndir. Son zamanlar bu sahədə baş verən stabilləşmə yerli idxalçıların işinə müsbət təsir edir”.
O qeyd edib ki, dərmanların qiymətinin Tarif Şurası tərəfindən tənzimlənməsi bu gün ən yaxşı həll yoludur.