Sumqayıt Tibb Mərkəzində bu sisteminin tətbiqinə başlanıldı

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 2 nömrəli Xəstəxanasında birgünlük cərrahiyyə xidməti istifadəyə verilib.

Telexeber.az-ın məlumatına görə, bunu Mərkəzin cərrahi işlər üzrə direktor müavini Ramin Qasımov deyib.
Onun sözlərinə görə, hazırda cərrahiyyədə stasionar yatış xidmətlərindən birgünlük cərrahiyyə (əməliyyatdan sonra evə buraxılma) xidmətlərinə sürətli keçid baş verir:

“Əvvəllər üç-dörd gün davam edən cərrahiyyə prosesi hazırda dörd-beş saatlıq qısa müddətə qədər endirilib. Bu dəyişiklik cərrahiyyə və anesteziologiya sahəsindəki texnoloji inkişafla bağlıdır. Belə ki, laporoskopik, lazerli tibbi alətlərin təkmilləşdirilməsi və miniatürləşdirilməsi, müasir ləvazimatlardan istifadə, dataların sürətli analizi üçün fiber-optik sistemlərin qurulması kimi yeniliklər sayəsində pasiyentə qısa müddət ərzində cərrahi əməliyyat təyin etmək və icra etmək mümkün olacaq”.

R.Qasımov bildirib ki, bir sıra təcili, planlı cərrahi xidmət tələb edən hallarda birgünlük cərrahiyyə xidməti stasionar çarpayılarda doluluğun qarşısını almaqda, xəstələrin erkən normal günlük həyat tərzinə qayıtmaqda fayda verəcək.
Популярный ролик