Azərbaycanda azyşalı yüksək temperaturdan öldü
- 22.02.2026, 13:04,
- Səhiyyə
Facebook
Вконтакте
Одноклассники
Google+

Gəncə şəhərində xəstəxanaya ağır vəziyyətdə gətirilən azyaşlı uşaq dünyasını dəyişməsi ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının məlumat yayıb.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, 22.02.2026-cı il tarixində saat 06:40 radələrində 2023-cü il təvəllüdlü azyaşlı (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona dəqiqləşdirilməmiş sepsis və dəqiqləşdirilməmiş ağciyər çatışmazlığı diaqnozu təyin olunub və müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.
Göstərilən zəruri reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 07:00 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.