Rəsmi qurumlar hara baxır? – Doğum şöbəsində qeyri-rəsmi ödəniş iddiaları


Ə.D. Məlikov adına Binəqədi Tibb Mərkəzi ilə bağlı yayılan məlumatlar ciddi suallar doğurur.

İddialara görə, doğum şöbəsində vətəndaşlardan 800-1000 manat arası qeyri-rəsmi ödəniş tələb olunur. Bu vəsaitin bir hissəsinin isə tibb personalı arasında bölüşdürüldüyü bildirilir.

Maraqlıdır:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu iddialardan xəbərdardırmı?

Səhiyyə Nazirliyi niyə reaksiya vermir?

Bu hallar nə vaxta qədər davam edəcək?

Əgər iddialar doğrudursa, bu artıq təkcə etik məsələ deyil — cəmiyyətə qarşı açıq haqsızlıqdır.

Telexeber.az olaraq aidiyyəti qurumlardan mövqə gözləyirik.
Популярный ролик