Binəqədidə nümunəvi rəhbərlik: Kamal Əliyevin fəaliyyəti diqqət çəkir


Binəqədi 35 saylı şəhər poliklinikası son dövrlərdə göstərdiyi xidmət səviyyəsi ilə sakinlərin rəğbətini qazanmaqda davam edir. Bu uğurun arxasında isə poliklinikanın rəhbəri Kamal Əliyev dayanır.

Kamal Əliyev kresloda oturub günü yola verən rəhbərlərdən deyil. O, tibb müəssisəsində gedən bütün proseslərə birbaşa nəzarət edir, xidmətin keyfiyyətinin yüksək səviyyədə saxlanılması üçün daim kollektivlə iç-içə fəaliyyət göstərir. Onun əsas məqsədi vətəndaş məmnunluğunu təmin etmək, hər bir müraciət edən şəxsin diqqət və qayğı ilə qarşılanmasına nail olmaqdır.

Poliklinikada yaradılan nizam-intizam, həkim və tibb personalının məsuliyyətli yanaşması məhz rəhbərliyin düzgün idarəçilik prinsiplərindən qaynaqlanır. Kamal Əliyevin təşəbbüsləri nəticəsində burada vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsi daha da yüksəlib, müraciət edənlərin narazılığı minimuma enib.

Qeyd olunur ki, rəhbər olaraq o, hər bir detalı diqqətdə saxlayır, problemlərin yerində həlli üçün operativ addımlar atır. Bu yanaşma isə Binəqədi sakinlərinin sağlamlığının qorunmasına və onlara göstərilən xidmətin keyfiyyətinin daha da yaxşılaşmasına mühüm töhfə verir.

Bu gün Binəqədi 35 saylı şəhər poliklinikası təkcə bir tibb müəssisəsi deyil, həm də nümunəvi idarəçiliyin göstəricisi kimi dəyərləndirilir. Kamal Əliyevin rəhbərliyi altında görülən işlər bir daha sübut edir ki, işinə məsuliyyətlə yanaşan rəhbər olduqda nəticə də özünü gec göstərmir.
Популярный ролик