“Bu gün tibbi təhsilin qızıl standartı simulyasiya əsaslı tədrisdir” - Zəhra Vəzirova

"Dünyada hər il milyonlarla pasiyent tibbi səhvlər səbəbindən həyatını itirir. Araşdırmalar göstərir ki, hospitalizasiya olunan pasiyentlərin təxminən 10 faizində tibbi səhvlər baş verir. Ən narahatedici məqam isə odur ki, bu səhvlərin böyük hissəsinin əsasında insan amili dayanır".

Telexeber.az xəbər verir ki, bu fikirləri Yeni Klinikanın direktoru Zəhra Vəzirova TƏBİB və bp-nin tərəfdaşlığı ilə Yeni Klinikada yaradılan Simulyasiya və Təlim Mərkəzinin açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, Simulyasiya və Təlim Mərkəzinin yaradılması tibb işçilərinin praktiki hazırlığının gücləndirilməsinə, pasiyent təhlükəsizliyinin artırılmasına və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək:

“Bu sahədə səhvlərin qarşısını almaq mümkündür. Çıxış yolu isə simulyasiya əsaslı tibbi təhsildir. Ənənəvi tibbi təhsil modelində ilk praktiki təcrübələr çox zaman pasiyentlər üzərində qazanılırdı. Müasir dövrdə bu yanaşma nə etik baxımdan, nə də pasiyent təhlükəsizliyi baxımından qəbulolunandır.

Bu gün tibbi təhsilin qızıl standartı simulyasiya əsaslı tədris hesab olunur. Belə mərkəzlər tibb işçilərinə real klinik vəziyyətləri təhlükəsiz mühitdə öyrənmək, səhvlərdən nəticə çıxarmaq və peşəkar bacarıqlarını daha da təkmilləşdirmək imkanı yaradır”, — deyə Zəhra Vəzirova bildirib.
Популярный ролик