Ölkədə meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb - Səhiyyə naziri

Ölkədə meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb - Səhiyyə naziriDünyada meymunçiçəyi virusuna yoluxan xəstələrin sayı artsa da, Azərbaycanda həmin virusa yoluxma halı qeydə alınmayıb.

Telexeber.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bu barədə kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə deyib.


“Meymunçiçəyi virusu ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının istər ölkə, istərsə də Avropa Bürosu ofisləri ilə mütəmadi olaraq təmasdayıq. Azərbaycanda meymunçiçəyi virusunun yayılmasına şərait yaradan amillər yoxdur. Ümid edirik ki, əhalinin gigiyenik qaydalara riayət etməsi həmin virusun ölkəmizdə yayılmasına imkan verməyəcək”, - deyə nazir bildirib.
Популярный ролик