XİN İspaniyaya başsağlığı verdi
- 31.10.2024, 08:39,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) daşqın nəticəsində həyatını itirənlərlə bağlı İspaniya hökumətinə başsağlığı verib.
Telexeber.az xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib.
“İspaniyanın Valensiya bölgəsində daşqınlar nəticəsində insanların həyatını itirməsi və fəsadlar bizi dərindən kədərləndirir. Təbii fəlakətlə əlaqədar həlak olanların ailələrinə, eləcə də İspaniya hökumətinə dərin hüznlə başsağlığı veririk”, - paylaşımda bildirilib.