Vuçiç Ceyhun Bayramovu təltif etdi
- 17.02.2025, 10:14,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu birinci dərəcəli “Serbiya Bayrağı” ordeni ilə təltif edib.
Telexeber.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Nazir Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif olunub.
Qeyd edək ki, Azərbaycan XİN rəhbəri Serbiyada səfərdədir.