Azərbaycan və NATO nümayəndə heyətləri Qətərdə müzakirələr apardı
- 10.04.2025, 11:04,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Qətərdə keçirilən Hərbi Strateji Tərəfdaşlıq Konfransı çərçivəsində Azərbaycan və NATO nümayəndə heyətləri arasında danışıqlar aparılıb.
Telexeber.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı Daimi Nümayəndəliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, danışıqlar çərçivəsində keçmiş əməkdaşlıq, davam edən səylər və gələcək planlar müzakirə edilib.
Məlumata görə, müzakirələrdə NATO-nun bütün qurumları təmsil olunub.

