Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq - Ərdoğan
- 23.04.2025, 10:34,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq.
Telexeber.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, rəsmi Ankara türkdilli ölkələr və İslamabadla əlaqələri daha da gücləndirəcək: “Biz birlikdə yeni işlər görəcəyik”.
Ərdoğan təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifi qəbul edib. Liderlər Prezident iqamətgahında bir araya gəliblər.