Netanyahunun Azərbaycana səfərində Türkiyə hava məkanı iddiaları təkzib edildi

Türkiyə XİN İsrail baş naziri Binyamin Netanyahunun təyyarəsinə uçuş icazəsi verilməsi ilə bağlı iddiaları təkzib edib.

Telexeber.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu XİN-in Mətbuat sözçüsü Öncü Keçeli deyib.
"İsrail baş nazirinin təyyarəsinə uçmağa icazə verildiyi ilə bağlı iddialar qətiyyən həqiqətə uyğun deyil. Bununla bağlı bizə hər hansı bir istək bildirilməyib", - deyə o qeyd edib.

Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahunun mayın 7-də Azərbaycana səfəri zamanı Türkiyənin hava məkanından istifadə edəcəyi ilə bağlı məlumat yayılmışdı.
Популярный ролик