İlham Əliyevlə Laçın şəhərində görüşməkdən şərəf duydum - Şahbaz Şərif
- 28.05.2025, 11:15,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

"Bu gün hörmətli qardaşım, Prezident İlham Əliyevlə gözəl və sakit Laçın şəhərində görüşməkdən şərəf duydum. Son Pakistan-Hindistan münaqişəsində Azərbaycanın göstərdiyi sarsılmaz dəstəyə görə ona təşəkkür etdim".
Telexeber.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif "X"də yazıb.
"Biz Pakistan-Azərbaycan əlaqələrini bütün sahələrdə dərinləşdirmək, regional sülh və tərəqqi naminə birgə işimizi davam etdirmək üçün ümumi əzmimiz olduğunu bir daha təsdiqlədik. Yaşasın Pakistan-Azərbaycan dostluğu!", - o bildirib.