Tramp Azərbaycan və Ermənistanla bağlı 20-dən çox paylaşım edib
- 10.08.2025, 11:30,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasındakı səhifəsində son sutka ərzində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtona səfəri, görüşlər, imzalanmış sənədlər və çıxışlarla bağlı 20-yə yaxın paylaşım edib.
Telexeber.az AzərTac-a istinadən xəbər verir ki, bu müddətdə o, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını 2 dəfə səhifəsinə yerləşdirib.
Donald Trampın “Truth” sosial mediasındakı səhifəsinin 10 milyondan çox izləyicisi var. ABŞ lideri vacib açıqlama və bəyanatlarını bu hesab vasitəsi ilə elan edir.